Xaçmazda ev yanıb

Xaçmazda ev yanıb
# 26 fevral 2016 06:25 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün gecə saatlarında Xaçmaz rayonunun Müşkür kəndində yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1976-cı il təvəllüdlü Elşən Məmmədova məxsus yaşayış evinin tavanı qəfil alışıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı yaşayış sahəsinin tavanına və 1 otağına ziyan dəyib. Görülən tədbirlər nəticəsində alov söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibinin sözlərinə görə, yanğın elektrik xətlərindəki qısa qapanma nəticəsində baş verib.


Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR