BQXK Naxçıvana keçmək istəyərkən tutulan Ermənistan vətəndaşına baş çəkib

BQXK Naxçıvana keçmək istəyərkən tutulan Ermənistan vətəndaşına baş çəkib
# 17 avqust 2016 11:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: “Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR