Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyada 5,6 bal gücündə zəlzələ olub
# 26 mart 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Rusiyada Kamçatka yarımadası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 109 km cənub-şərqdə, ocağı isə 129 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR