FHN Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

FHN Bərdədə 2 nəfərin ölümü ilə  nəticələnən yanğınla bağlı məlumat yayıb
# 05 dekabr 2015 20:18 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uğurbəyli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1992-ci il təvəllüdü Məmmədova Fidan Abil qızı və 2 aylıq körpəsi Məmmədova Dəniz Vüsal qızının yanmış cəsədləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR