AFFA rəhbərliyi UEFA və FİFA Konqresində iştirak edəcək

AFFA rəhbərliyi UEFA və FİFA Konqresində iştirak edəcək
# 25 fevral 2016 08:52 (UTC +04:00)

Bakı – APA. Bu gün İsveçrənin Sürix şəhərində UEFA-nın XI növbədənkənar Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da iştirak edəcək.

Onlar sabah baş tutacaq FİFA-nın növbədənkənar Konqresində də Azərbaycanı təmsil edəcək. Bu qurumun yığıncağında FİFA-nın yeni prezidenti seçiləcək.

Səsvermədə assosiasiyaya üzv olan 209 ölkədən 207-si iştirak edəcək. Yalnız üzvlüyü müvəqqəti dayandırılan Küveyt və İndoneziya səsvermədən kənarda qalacaq.

Səs hüququna malik 207 milli assosiasiyadan biri olan AFFA isə seçkilərdə UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcək. Bunu öncədən açıqlayan assosiasiya 5 namizəd arasında seçimini xeyli əvvəldən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR