Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 03 may 2016 07:03 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 2-də Xələftala kənd sakini, 1976-cı il təvəllüdlü Alyoşa Cordan oğlu Papiyaşvili ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi onun artıq öldüyü məlum olub. Müəyyən edilib ki, Alyoşa Papiyaşvili yaşadığı ərazidə elektrik enerjisi olmadığı üçün transformatora qanunsuz müdaxilə edib və bu zaman onu elektrik cərəyanı vurub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR