Sabah Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Sabah Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
# 06 aprel 2016 15:39 (UTC +04:00)

Bakı – APA. Sabah Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mərhələdən etibarən bütün qarşılaşmalar eyni saatda başlayacaq.

Azarkeşlər ötən mərhələdə olduğu kimi, bu dəfə də İspaniya derbisinə şahidlik edəcəklər. “Valensiya”nı mübarizədən kənarlaşdıran “Atletik”i indi daha çətin sınaq gözləyir. Çünki bilbaolular Avroliqanın son qalibi “Sevilya” ilə qarşılaşacaq.

Hakimlərin köməyi ilə “Fənərbaxça”nı “sıradan çıxaran” “Braqa” indi daha güclü komandaya rəqib olacaq. Portuqaliya təmsilçisi kuboku qazanmaq niyyətində olan Donetsk “Şaxtyor”unu evdə sərfəli hesabla məğlub etməyə çalışacaq.

Turnirin sürpriz komandası “Sparta” “Vilyareal” önündə də sensasiya axtarışında olacaq. “Latsio” kimi komandanı üstələyən çexlər ilk matçda İspaniyaya səfər edəcəklər. “Vilyareal”ın son vaxtlar qeyri-stabil çıxış etməsi praqalıları ümidləndirir.

Nəhayət, mərhələnin ən maraqlı oyunları “Borussiya” ilə “Liverpul” arasında keçiriləcək. Bunu bir növ erkən final da adlandırmaq olar. “Böyük beşlik” ölkələrində 2016-cı ildə məğlubiyyət üzü görməyən yeganə komanda olan “Borussiya” Dortmundda “Liverpul”a qol buraxmadan qalib gəlməyə çalışacaq. Premyer Liqada uğursuz mövsüm keçirən “qırmızılar” isə bunu Avroliqa çempionluğu ilə sığortalamaq niyyətindədilər.

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

23:05. “Atletik” (İspaniya) – “Sevilya” (İspaniya)

Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Hari Besvik

Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Bilbao. “San Mames” stadionu

23:05. “Braqa” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Vammark, Mehmet Çulum

Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)

Braqa. “Munisipial” stadionu

23:05. “Borussiya” (Dortmund, Almaniya) – “Liverpul” (İngiltərə)

Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero

Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (hamısı İspaniya)

Dortmund. “Siqnal İduna Park” stadionu

23:05. “Vilyareal” (İspaniya) – “Sparta” (Çexiya)

Hakimlər: Ovidiu Hateqan, Oktavian Şovre, Sebastian George, Radu Ginquleaç

Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (hamısı Rumıniya)

Vilyareal. “Madriqal” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR