Natiq Əliyev OPEC-in İstanbuldakı qeyri-rəsmi görüşündə iştirak edəcək

Natiq Əliyev OPEC-in İstanbuldakı qeyri-rəsmi görüşündə iştirak edəcək
# 07 oktyabr 2016 15:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 9-13-də İstanbulda işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, OPEC baş katibi Məhəmməd Barkindonun energetika naziri N. Əliyevə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi formatda görüşəcəkləri qeyd olunub.

Həmçinin bildirilib ki, kartelə üzv olmayan ölkələrin - Braziliya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı bu görüşün oktyabrın 12-də keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR