Türkiyədə bir günlük matəm elan edilib

Türkiyədə bir günlük matəm elan edilib
# 29 iyun 2016 13:05 (UTC +04:00)

Bakı-APA. Atatürk Hava Limanında törədilən partlayışla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ölkədə matəm elan edilməsi səbəbindən bütün rəsmi qurumlarda bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, İstanbuldakı Atatürk Hava Limanında 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölənlərdən 13 nəfər əcnəbidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR