Braziliyalı məşqçi Azərbaycan yığmasından ayrılıb

Braziliyalı məşqçi Azərbaycan yığmasından ayrılıb
# 19 aprel 2016 14:27 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan millisi baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, buna səbəb ispaniyalı Faustino Peresin yığmadan ayrılmağa qərar verməsidi.

Belə ki, çalışdırıcı ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə yanaşı, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməyini xahiş edib.

Məsələ ilə bağlı apasport.az saytına qısa münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov Tino Pereslə yolları ayırdıqlarını təsdiqləyib. O, yeni baş məşqçinin kim olacağının hələ müəyyənləşmədiyini bildirib: “Hələ ki, düşünürük. Yeni məşqçinin yerli, yoxsa əcnəbi olmasına qərar verilməyib”.

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Azərbaycan millisinin baş məşqçisi təyin olunan Peres yığmamızı əvvəl AVRO-2016-nın 1/4 finalına, ardınca isə tarixində ilk dəfə bu il keçiriləcək dünya çempionatına çıxarıb. Onun adı ötən il üçün dünyanın ən yaxşı yığma məşqçisi adına namizədlər sırasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR