Bakı-Qazax yolunun bir hissəsi təmir olunur

Bakı-Qazax yolunun bir hissəsi təmir olunur
# 13 aprel 2016 14:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Sözügedən avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR