Elmar Məmmədyarov: “Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”

Elmar Məmmədyarov: “Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”
# 08 avqust 2016 18:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, ölkələr arasında, elektrik şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var: “Bu da çox əlverişli olacaq. Həmçinin, dəmiryollarının birləşməsi üçün müzakirələr aparılıb. Bu il Astara körpüsü üzərində dəmiryol xəttinin tikintisinin başa çatması planlaşdırılır. İnanırıq ki, tezliklə Şimal-Cənub dəhlizi istifadəyə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR