Şimali Koreya daha üç ballistik raket buraxıb

Şimali Koreya daha üç  ballistik raket buraxıb
# 19 iyul 2016 00:37 (UTC +04:00)

Bakı-APA. Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yapon dənizinə doğru daha üç ballistik raket buraxıb

Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, hərbçilər 300-700 kilometrdən hədəfi vura bilən “Scud” raketlərini sınaqdan keçirib.

Şimali Koreya ilin əvvəlindən Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR