Bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bir qardaşı öldürməkdə, digərini yaralamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 08 dekabr 2015 09:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Qurbanov, Ehtiram Bağırov və onun oğlu Hacıbağır Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın təyin 10-na edilib.

Qeyd edək ki, bu il mayın 12-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Ehtiram Bağırov, Hacıbağır Bağırov və qonşuları Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Ənnağı Baxışovla qardaşı Zaur Baxışovu bıçaqlayıblar.

Ə. Baxışov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR