Federika Mogerini: "Əfv sərəncamı müsbət irəliləyişdir"

Federika Mogerini: "Əfv sərəncamı müsbət irəliləyişdir"
# 18 mart 2016 07:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan prezidentinin siyasi partiya, QHT və jurnalistlərin də daxil olduğu 148 nəfəri Novruz bayramı münasibəti ilə əfv etməsi uzun müddət gözlədiyimiz və mənim Azərbaycana səfərim zamanı da müzakirə etdiyimiz müsbət irəliləyişdir”.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerininin əfv sərəncamı ilə bağlı bəyanatında deyilir. “Aİ ümid edir ki, Azərbaycanın BMT, AŞ və ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu addım bunun ardından yeni həbs olunmuş və ya şərti azadlığa buraxılmış şəxslərin tam azad edilməsi və reabilitasiyasına yol açacaq.

Müstəqil və müxtəlif növ vətəndaş cəmiyyətinin olması ölkənin rifahı və stabilliyinə vacib töhfə verir”,- deyə bəyanatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR