Ali Məhkəmənin Cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub

Ali Məhkəmənin Cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub
# 01 aprel 2016 15:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ötən il Ali Məhkəmənin Cinayət kollegiyasında 2609 nəfər haqqında 2307 iş icraatda olub.

APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin 2015-ci ildə fəaliyyətinə dair hesabatda qeyd olunub. Hesabatda bildirilib ki, qeyd olunan işlərdən iki nəfər haqqında iki iş təqdimatla, 1915 nəfər haqqında 1731 iş kasasiya şikayətinə, 692 nəfər haqqında 574 iş isə kasasiya protestinə əsasən daxil olub. Daxil olan 2307 işdən 2110 nəfər haqqında 1856 cinayət işi üzrə kasasiya şikayəti və protestinə baxılmaqla yekun məhkəmə qərarı çıxarılıb, 76 nəfər haqqında 76 iş qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığından baxılmamış saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR