Sabah Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının ilk iclası keçiriləcək

Sabah Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının ilk iclası keçiriləcək
# 20 aprel 2016 15:48 (UTC +04:00)

Bakı-APA. Aprelin 21-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçiriləcək.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Xatırladırıq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin ediliblər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək üzvləri isə aşağıdakı tərkibdə təsdiq olunub:

- Kamil Aydazadə- Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor,

- Ceyhun Bayramov- Azərbaycan Respublikası təhsil nazirinin müavini,

- Niyazi Hacıyev- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant,

- Fariz İsmayılzadə- ADA Universitetinin prorektoru.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR