Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçiriləcək
# 24 mart 2016 13:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin son məşqləri aparılır.

Səhnə əsərinin premyerası aprel ayında keçiriləcək.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.

Baş rol - Mirandolina obrazını əməkdar artist Leyli Vəliyeva canlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR