"Bank of Baku" "Bolkart"ları yeniləyir

"Bank of Baku" "Bolkart"ları yeniləyir
# 29 yanvar 2016 13:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” bir müddət öncə təqdim etdiyi və müştərilərinə daha böyük üstünlüklər qazandırdığı yeni “Bolkart” kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, köhnə “Bolkart” sahibi olan müştərilər indi bankın istənilən filialına yaxınlaşmaqla yeni “Bolkart”ın rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər.

Yeni “Bolkart”ı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə Bankın istənilən filialına müraciət etməlidirlər.

Yeni “Bolkart”lardan istifadənin təşviqi fonunda, köhnə “Bolkart” kredit kartlarının şərtlərində müəyyən dəyişikliklərin olması da nəzərdə tutulub. Dəyişikliklər əsasən kartlardan istifadə və ödəniş aktivliyindən asılı olaraq 28 yanvar 2016-cı il tarixindən etibarən tətbiq olunur.

“Bank of Baku”nun müştərilərinə təqdim etdiyi köhnə “Bolkart” və digər taksit kartlar (İdeal, MyBrands) üzrə tətbiq etdiyi dəyişikliklərlə bağlı ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR