İSESCO BMT baş katibini Dağlıq Qarabağla bağlı qətnamələrin icrasını təmin etməyə çağırıb

İSESCO BMT baş katibini Dağlıq Qarabağla bağlı qətnamələrin icrasını təmin etməyə çağırıb
# 18 mart 2016 12:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri BMT baş katibi Pan Gi Munu Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalını pisləyən və işğalçı qoşunların dərhal çıxarılmasını tələb edən Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsini təmin etməyə çağırıb.

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş direktor BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələri və 2008-ci ildə Baş Assambleyada təsdiqlənmiş qətnaməni diqqətə çatdırıb və naməlum səbəblərdən onların həyata keçirilməsinin gecikdiyini qeyd edib. O bildirib ki, sülhü təhdid edən bu münaqişənin BMT baş katibinin gündəliyində olmaması təəccüb doğurur: “BMT baş katibinin Dağlıq Qarabağdan didərgin salınmış bir milyondan çox insanın yerləşdiyi qaçqın düşərgələrini heç vaxt ziyarət etməməsi həqiqətən qəribədir”.

Dağlıq Qarabağ münaqişəsinə də Fələstin münaqişəsi kimi lazımi diqqət göstərilməsinin vacib olduğunu deyən İSESCO baş direktoru təşkilatın bu məsələdə Azərbaycana dəstəyini ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR