Şəkidə avtomobil körpüdən çaya düşüb

Şəkidə avtomobil körpüdən çaya düşüb
# 08 avqust 2016 21:37 (UTC +04:00)

Bakı-APA. Şəkidə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində “Niva” markalı minik avtomobilinin körpüdən çaya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR