Ermənistanda hərbçilərin olduğu avtomobil aşıb

Ermənistanda hərbçilərin olduğu avtomobil aşıb
# 06 iyun 2016 09:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə Vanadzor-Dilican yolunda baş verib.

Avtomobil yoldan çıxararaq dərinliyi 50 metr olan yarğana yuvarlanıb.

Sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR