Sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır

Sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır
# 15 iyul 2016 09:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1050 nəfər tam dövlət təminatında yaşayır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

həmin şəxslərdən 316 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayırlar. 18 yaşından yuxarı ruhi-əsəb əlilləri olan 515 nəfər nazirliyin aidiyyəti psixonevroloji internat evlərində yerləşdiriliblər. Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayan ahılların sayı isə 219 nəfər təşkil edir.

Son illər sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, Müharibə və əmək əlilləri üçün pansionatda və digər müəssisələrdə nümunəvi yaşayış və reabilitasiya şəraiti mövcuddur. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Qeyd olunan müəssisələrdə yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq tədbirlər də həyata keçirilir. Cari ilin ötən dövründə bu tədbirlərin nəticəsi kimi, sosial xidmət müəssisələrindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% çox, yəni 37 nəfərin doğma ailə mühitinə qayıtmaları təmin olunub. Onlardan 18 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR