İsveç parlamentinin komitə sədri: "BMT qətnamələrini yerinə yetirməyən Ermənistanla bağlı ciddi addımlar atsın”

İsveç parlamentinin komitə sədri: "BMT qətnamələrini yerinə yetirməyən Ermənistanla bağlı ciddi addımlar atsın”
# 11 may 2016 15:55 (UTC +04:00)

Stokholm. Mübariz Aslanov - APA. “Artıq vəziyyət tələb edir ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrini yerinə yetirməyən Ermənistanla bağlı ciddi addımlar atsın”.

Bunu APA-ya açıqlamasında İsveç Krallığının Riksdaqının (Parlamentinin) Hüquq komitəsinin sədri, BMT-də millətlər birliyi məsələləri üzrə daimi qrupun sədri Anti Avsan deyib.

O qeyd edib ki, illər əvvəl BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı çıxardığı qərarların icra olunmaması təəssüfləndirici haldır: “Biz çox yaxşı bilirik ki, Dağlıq Qarabağ münaqişəsi necə yaranıb və Azərbaycanın torpaqları işğal olunub. Hətta bu problemin kökü əsrin əvvəlinə, 1920-ci ildə Azərbaycan zorla Sovet İttifaqına birləşdirilən zamandan başlayır. Yəni Azərbaycanın əraziləri məcburən əlindən alınıb. BMT–də də qərar qəbul ediləndə təbii ki bütün bunlar nəzərə alınır”.

Müharibənin yenidən başlanmasının əleyhinə olduğunu deyən A. Avsan bildirib ki, məsələnin həllində yeganə vasitəçi olan ATƏT Minsk Qrupundan konkret nəticələr tələb etmək lazımdır: “Bu işin həllində hüquqi olaraq imtiyazlandırılan Minsk Qrupudur. Biz onlardan indiyə qədər hər iki tərəfi ortaq məxrəcə gətirəcək konkret həll planı görməliydik. Təəssüf ki, görmədik. Artıq daha çox qanın tökülməməsi üçün Minsk Qrupu konkret nəticə ortaya qoymalıdır. Bu məsələdə Rusiya da həllidiricidir və müəyyən maraqları var. Ona görə də münaqişənin həllində Rusiya da məsuliyyətlidir. Bütün hallarda biz Azərbaycanın problemi ilə yaxından tanışıq və bunun artıq region üçün nə qədər həssas olduğunu anlayırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR