Rusiya Dövlət Duması "erməni soyqırımı" ilə bağlı qanun layihəsini geri qaytarıb

Rusiya Dövlət Duması "erməni soyqırımı" ilə bağlı qanun layihəsini geri qaytarıb
# 11 mart 2016 09:46 (UTC +04:00)

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu məlum qanun layihəsinin müəlliflərindən biri olan Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev "Rusarminfo" portalına deyib.

O bildirib ki, sənədin geri göndərilməsinə əsas kimi qanun layihəsinin hökumət və Ali Məhkəmə tərəfindən baxılması müddəti pozulub: "Hökumətin rəyi fevralın 9-da daxil olub. Dövlət Duması isə fevralın 8-də rəyin olmaması üzündən qanun layihəsini geri qaytarıb”.

N. Leviçev onu da qeyd edib ki, hökumətin və Ali Məhkəmənin qanun layihəsi ilə bağlı rəyi mənfi olub.

Qeyd edək ki, ötən il noyabrın 25-də "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov və Nikolay Leviçev Dövlət Dumasına "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bundan sonra qanun layihəsi rəsmi rəy almaq Rusiya hökumətinə və Ali Məhkəməyə üçün göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR