Rusiyada qətl törətmiş şəxs Şəkidə saxlanılıb

 Rusiyada qətl törətmiş şəxs Şəkidə saxlanılıb
# 19 oktyabr 2015 11:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiyada axtarışda olan şəxs Azərbaycanın Şəki şəhərində tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR