ABŞ-ın "Artur J.Finkelsteinand Associates” şirkəti referendumla əlaqədar informasiya mərkəzi yaradıb

ABŞ-ın "Artur J.Finkelsteinand Associates” şirkəti referendumla əlaqədar informasiya mərkəzi yaradıb
# 26 sentyabr 2016 08:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ABŞ-ın "Artur J.Finkelsteinand Associates” (AJF) şirkəti və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycandakı ümumxalq səsverməsində (referendum) "exit-poll" keçirir.

APA-nın xəbərinə görə, səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb.

Ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq. Prosesə 930 işçi cəlb olunub. Şirkət ölkə üzrə 100 dairə, 450 məntəqədə "exit-poll" keçirir.


Məlumatlar hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacaq.


AJF "exit-poll"un yekun nəticələrini saat 20.00-da açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR