SOCAR: “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülünə dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır

SOCAR: “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülünə dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır
# 25 fevral 2016 15:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə (DDÖ) qəza ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən araşdırmalar və qiymətləndirmə işləri aparılır.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, DDÖ-nün bərpası üçün görüləcək işlərə ayrılacaq büdcənin həcmi SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihə smeta sənədləri tərtib olunduqdan sonra müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR