Dövlət Departamenti: АBŞ Suriyadakı seçkilərin legitimliyini tanımır

Dövlət Departamenti: АBŞ Suriyadakı seçkilərin legitimliyini tanımır
# 11 aprel 2016 21:33 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton aprelin 13-də Suriyada keçiriləcək parlament seçkilərinin legitimliyini tanımayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib.

“Biz bu seçkiləri legitim hesab etmirik. Bu, bütöv Suriya xalqının iradəsini ifadə etmir. Hazırda Suriyada seçkilər keçirməyin zamanı deyil”, deyə M.Toner bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR