Nazir: “IV İslam Həmrəyliyi Oyunları üçün Bakıda heç bir idman arenası tikilməyəcək”

Nazir: “IV İslam Həmrəyliyi Oyunları üçün Bakıda heç bir idman arenası tikilməyəcək”
# 12 may 2016 12:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar heç bir yeni idman arenası inşa olunmayacaq”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) baş icraçı direktoru Azad Rəhimov deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı 16 idman qurğusundan istifadə olunacaq: “I Avropa Oyunları zamanı istifadə olunmayan “Sərhədçi” kompleksindən, Tennis Akademiyasından, Şüvəlandakı ağır atletika mərkəzindən, “Dalğa “və “Bakcell Arena” stadionlarından IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə olunacaq”.

Nazir qeyd edib ki, oyunlara 8 minə yaxın könüllü cəlb olunacaq. A. Rəhimov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR