Dələduzluqda şübhəli bilinən qadının 35 min manat pul mənimsədiyi açıqlanıb

Dələduzluqda şübhəli bilinən qadının 35 min manat pul mənimsədiyi açıqlanıb
# 01 oktyabr 2016 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dələduzluq etdiyinə görə saxlanılan qadının digər cinayət əməlləri törətməsi də müəyyən edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 22-də tutulmuş Sumqayıt şəhər sakini Nüşabə Baxışovanın ətrafında ŞPİ əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri ilə onun 2013-2015-ci illər ərzində 1 paytaxt sakinini və 8 həmyerlisini aldadaraq onlardan ümumilikdə 35.620 manat pul alması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR