Macarıstan səfiri: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir və strateji xarakter daşıyır"

Macarıstan səfiri: "Azərbaycanla əlaqələr yüksək səviyyədədir və strateji xarakter daşıyır"
# 22 aprel 2016 14:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Auditoriyada səfirdir” layihəsi çərçivəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, İmre Laslotski diplomatiya sənəti barədə məlumat verərək, 1961-ci il Vyana Konvensiyasının diplomatın qarşısında qoyduğu vəzifələr barədə danışıb.

Azərbaycan və Macarıstan arasında ikitərəfli siyasi münasibətlərə toxunan səfir bildirib ki, əlaqələr yüksək səviyyədədir və strateji xarakter daşıyır. İmre Laslotski qeyd edib ki, son iki ərzində qarşılıqlı səfərlərin sayı 20-dən çox olub: “Əlavə etmək istəyirəm ki, prezidentlərimiz və nazirlərimiz arasında bir-birinə inam əsasında qurulmuş münasibətlər mövcuddur. Bunu yüksək qiymətləndiririk və əlimizdən gələni edəcəyik ki, bu səmimi münasibətlər daha da inkişaf etsin. İkitərəfli əlaqələrimizdə iqtisadi məsələlər də mühüm yer tutur. Münasibətlər dinamik inkişaf edir və potensial əməkdaşlıq sahələri də mövcuddur”.

Macarıstan səfiri, həmçinin, ölkəsinin TürkPA-da müşahidəçi olduğunu və parlamentlər səviyyəsində də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR