Myanmada baş verən 7,2 bal gücündə zəlzələ əhalidə təşviş yaradıb

Myanmada baş verən 7,2 bal gücündə zəlzələ əhalidə təşviş yaradıb
# 13 aprel 2016 19:26 (UTC +04:00)

Bakı-APA. Myanmada baş verən 7,2 bal gücündə zəlzələ əhalidə təşviş yaradıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Yeraltı təkanların episentri Mandalay şəhərindən 100 km şimal-qərbdə, ocağı isə 121 km dərinlikdə yerləşib. Zəlzələ ölkənin ən iri şəhəri Yanqonda hiss edilib. Təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR