Fevralda SOCAR qaz hasilatını 3%-ə yaxın azaldıb

Fevralda SOCAR qaz hasilatını 3%-ə yaxın azaldıb
# 30 mart 2016 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ilin fevral ayında SOCAR tərəfindən 504,4 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2,83% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, cari ilin yanvar ayı ilə müqayisədə isə SOCAR fevralda qaz hasilatını 7,12% azaldıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min kubmetr təbii qaz hasil edilib.


Bu ilin fevral ayında bütün ölkə üzrə 2 mln. 368 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 1,63% çoxdur.

Bu ilin yanvar ayı ilə müqayisədə isə bu rəqəm 6,03% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 520 min kub metr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR