Bakıda 3 yaşlı uşağı maşın vuraraq öldürüb

Bakıda 3 yaşlı uşağı maşın vuraraq öldürüb
# 28 mart 2016 08:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 3 yaşlı uşağı maşın vurub.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.

Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR