Sabirabadda yaşayış evi yanıb

Sabirabadda yaşayış evi yanıb
# 01 aprel 2016 13:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabirabad rayonunda yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Zəngənə kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və dam örtüyü 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR