ABŞ-da məhbuslar qiyam qaldırıb

ABŞ-da məhbuslar qiyam qaldırıb
# 22 avqust 2016 08:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-da məhbusların qiyam qaldırması nəticəsində 6 mühafizəçi xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Chicago Tribune” qəzeti məlumat yayıb.

Hadisə bu gecə İllinoys ştatındakı “Pontiak” islah mərkəzində baş verib. 5 məhbus müəssisə əməkdaşlarına hücum edib. Mühafizəçilərin nə dərəcədə ciddi xəsarət almaları barədə məlumat verilmir. Eyni zamanda, münaqişənin hansı səbəbdən baş verməsi barədə də dəqiq məlumat yoxdur.

Qeyd edək ki, sərt rejimli cəzaçəkmə müəssisəsində yalnız kişi məhbuslar saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR