ABŞ prezidentinin mətbuat katibi: “Suriyaya dair Rusiya ilə əməkdaşlıq nəticə verməyib”

ABŞ prezidentinin mətbuat katibi: “Suriyaya dair Rusiya ilə əməkdaşlıq nəticə verməyib”
# 29 sentyabr 2016 23:39 (UTC +04:00)

Bakı-APA. Suriyada vəziyyət gərginləşməkdə davam edir, ABŞ-ın bu sahədə Rusiya ilə əməkdaşlığı gözlənilən nəticə verməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest deyib.

“Biz ruslarla diplomatik danışıqlar aparmışıq ki, onlar Əsəd rejiminə təsir etsinlər. Lakin, bu bizim gözləntilərimizi, hələ ki, az da olsa doğrultmayıb”, - deyə Ernest bildirib.

“Vəziyyət Suriyada pisləşməkdə davam edir, bu isə bizi çox narahat edir”, - deyə o əlavə edib.

“Əsəd rejiminə təsir etmək təklifimizə rusların imtina cavabı verməsi bizi çox narahat edir”, - deyə ABŞ prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bundan əvvəl Vaşinqtonun Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR