İrəvanda gecə saatlarında atışma baş verib

İrəvanda gecə saatlarında atışma baş verib
# 27 iyul 2016 09:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasının silahlı qruplaşmanın nəzarət altında saxlanmasından 11 gün keçir. Silahlı qruplaşmanı dəstəkləyən müxalif siyasi partiyalar, QHT nümayəndələri polisin mitinqlərin ənənəvi olaraq təşkil edildiyi Xorenatsi küçəsində keçirməməklə bağlı tələbinə məhəl qoymayıblar.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, mitinqə kifayət qədər çox adam qatılıb.

Polis Xorenatsi küçəsində baş verən kütləvi toplantının dağıdılması ilə bağlı heç nə etməyib.

Mitinqin ardınca şəhərin mərkəzində, habelə Polisin binası və Milli Təhlükəsizlik Xidmətinin binaları yanında izdiham yaşanıb.

Gecə yarısına qədərə silahlı qruplaşma üzvlərinin fəaliyyətini dəstəkləyən şüarlar səsləndirilib.

Gecə saat 02:00 radələrində polisin mətbuat katibi Aşot Aqaronyan hadisə yerində atışma barədə məlumat verib. Bildirilib ki, atışma nəticəsində silahlı qruplaşmanın rəhbərlərindən biri Pavel Manukyan və onun oğlu Aram, habelə Erebuni xəstəxanasına çatdırılan polislərdən biri yaralanıb.

Ardınca müxalifətçi “Təsis parlamenti” nəzarətdə saxlanılan polis şöbəsinin binasına polisin hücum etdiyi və silahlı qruplaşmanın 4 üzvünün oğurlanması barədə bəyanat verib.

Daha əvvəl səsləndirilən bəyanatına əsasən isə silahlı qruplaşma tərəfdarları 19:00 dakı mitinqə toplaşacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR