Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında olublar

Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında olublar
# 05 noyabr 2015 16:21 (UTC +04:00)

Bakı – APA. Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında olublar.


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb.

İlk olaraq hərbi hissənin qərargahı qarşısında Heydər Əliyevin abidəsi ziyarət olunub.
Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub, qonaqlar ətraflı məlumatlandırılıb.

Qərargahda, hərbi gəmilərdə olan hərbi attaşelər silahlanmada olan hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və hamam-camaşırxanada olan attaşelər buradakı şəraitdən məmnun qaldıqlarını bildiriblər. Sonda hərbi attaşelər tədbirin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR