ABŞ-da təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb, ölənlər var
# 30 iyul 2016 00:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Piper PA31 təyyarəsi Oreqon ştatı ilə sərhəddə meşəlik əraziyə düşüb.

Təyyarənin göyərtəsində 2 pilotla yanaşı tibb işçisi və xəstə olub. Hadisə nəticəsində 2 nəfərin öldüyü təsdiqlənib. Digər iki nəfərin taleyi barədə məlumat verilmir. Qəzanın səbəbləri məlum deyil.

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR