Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir
# 08 avqust 2016 12:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, son illər ərzində iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir: “Bu gün Azərbaycan və Rusiya arasında investisiyaların həcmi milyardlarla dollar həcmində ölçülür. Təkcə neft sektoruna yatırılan investisiyaların həcmi 2,8 mlrd. dollar təşkil edir”.

Nazir bildirib ki, bu ilin oktyabr ayının ikinci yarısında Bakıda Azərbaycan-Rusiya biznes forumu və Rusiya-Azərbaycan İşgüzar Şurasının növbəti iclası baş tutacaq.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə Azərbaycanla Rusiya arasında enerji sahəsində olduqca sıx əlaqələrin olduğunu vurğulayıb və SOCAR-ın bu sahədə mühüm rol oynadığını bildirib: “İki ölkə arasında işgüzar şuranın iclaslarının keçirilməsi kənd təsərrüfatı, maşınqayırma, gəmiqayırma və digər sahələrdə də əlaqələrin genişlənməsinə və gələcəyə daha ümidlə baxmağa imkan verəcək.

O bildirib ki, İşgüzar Şuraya Rusiyada çalışan 40 Azərbaycan şirkəti də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR