AÇQ və BTC-nin daha bir səhmdarı II rübü zərərlə başa vurub

AÇQ və BTC-nin daha bir səhmdarı II rübü zərərlə başa vurub
# 01 avqust 2016 11:06 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın "Chevron" şirkəti II rübü 1,47 mlrd. dollar həcmində zərərlə başa vurub.

"APA-Economics" xəbər verir ki, ötən ilin müvafiq dövrünü şirkət 571 mln. dollarlıq mənfəətlə başa vura bilib.

"Şirkətin II rübü zərərlə başa vurmasına səbəb neftin ucuzlaşması və fəaliyyətini korreksiya etməsidir", - deyə şirkətin rəhbəri Con Uotson bildirib.

Bu məlumat açıqlanandan sonra şirkətin səhmlərinin nominal dəyəri 1,7% azalıb. İlin əvvəlindən şirkətin bazar dəyəri 13% artaraq 191,8 mlrd. dollar olub.

Qeyd edək ki, "Chevron" Azəri-Çıraq-Günəşli layihəsində 11,27%, Bakı-Tbilisi-Ceyhan layihəsində isə 8,9%-lik səhmə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR