Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 08 aprel 2016 22:09 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin döşəməsi 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR