Oğurluq edən şəxsə hökm oxunub

Oğurluq edən şəxsə hökm oxunub
# 21 yanvar 2016 13:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Siyəzən rayon sakini Elmin Musaxanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Musaxanov 8 il müddətinə azadlıdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş Siyəzən rayon Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Elmin Musaxanov tutulub.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR