Balakəndə qaraj və içərisindəki avtomobil yanıb

Balakəndə qaraj və içərisindəki avtomobil yanıb
# 01 fevral 2016 06:02 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə qarajda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 31-dən fevralın 1-ə keçən gecə rayonun Qaysa kəndində kənd sakini, 1982-ci il təvəllüdlü Elnur Muxtar oğlu Şəhmilova ümumi sahəsi 25 kv.m olan qarajın dam örtüyü və içərisində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qaysa kəndində daha bir yanğın bu gün səhər saatlarında kənd sakininə məxsus ümumi sahəsi 99 kv/m olan mal tövləsində baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və damına yığılmış 1200 ədəd ot bağlamasının yandığı bildirilir.
Hər iki yanğın hadisəsi ilə bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR