"Azdrama"da rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq

"Azdrama"da rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq
# 30 yanvar 2016 07:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Gecədə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışacaq, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edəcəklər.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR