"Aqrolizinq" əmlakını və mineral gübrələri sığortalayır

"Aqrolizinq" əmlakını və mineral gübrələri sığortalayır
# 28 sentyabr 2016 08:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Aqrolizinq” ASC daşınmaz əmlakın icbarı sığortalanması və mineral gübrələrin sığortalanması üzrə tender keçirir.


"APA-Economics" xəbər verir ki, tender 2 lot üzrə keçirilir və hər iki lot üzrə iştirak haqqı 300 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etməlidirlər. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və tələb olunan şərtlərə uyğunluq kimi meyarlara üstünlük veriləcək.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Abdullayeva Vəfa Hikmət qızı Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12 Tel:/Faks: 425-66-94; mobil: +99455 616-77-61 E-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR