Bakıda "İlaxır çərşənbə" bayram şənliyi keçirilir

Bakıda "İlaxır çərşənbə" bayram şənliyi keçirilir
# 15 mart 2016 13:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə "İlaxır çərşənbə" ilə əlaqədar paytaxtda bayram şənliyi keçirilir.


APA-nın məlumatına görə, Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı, süvarilər faytonların müşaiyəti ilə karvan İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə hərəkət edib, hava limanı avtomagistralı ilə Suraxanı "Atəşgahı"na istiqamət alıb.

Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq Şəhər Mərkəzi Parkında bayram tonqalını alovlandıracaq. Saat 19:00-da isə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR