Astarada fərdi evdə və köməkçi tikilidə yanğın baş verib

Astarada fərdi evdə və köməkçi tikilidə yanğın baş verib
# 03 aprel 2016 07:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astarada köməkçi tikilidə və fərdi evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, gecə saatlarında rayonun Şiyəkəran kənd sakini, 1974-cü il təvəllüdlü Könül Baloğlan qızı Cahangirovaya məxsus köməkçi tikilidə qeydə alınıb.

Yanğının söndürülməsindən ötrü hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan tikilinin 120 kv.m sahəsi və içərisinə yığılmış 6 ton ot bağlamasının 4 tonu, həmçinin tikinti materialları yanaraq yararsız vəziyyətə düşüb.

Bu gün səhər saat 05.00 radələrində isə rayonun Vaqo kənd sakini, 1965-ci il təvəllüdlü Bəxtiyar Tacəddin oğlu Abdinova məxsus fərdi evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısını alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli, 3 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə tamamilə yanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR